ABŞ şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayır
ABŞ mərkəzli topdan satış və distributor şirkəti Azərbaycan bazarını tərk edir.
“Intertech Trading Corporation” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunur.
Kreditorlar iki ay ərzində tələblərini 1005 BAKI şəhəri, Səbail rayonu, Natəvan döngəsi, ev 2, mənzil 6 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, ABŞ mərkəzli texnologiya və elektronika məhsullarının topdansatış və distributor şirkəti “Intertech Trading Corporation”ın Azərbaycan nümayəndəliyi 2014-cü ildə yaradılıb və qanuni təmsilçisi Cəfərov Elbrus Ətrafsiya oğludur.