ABŞ-ın neft-qaz şirkəti Azərbaycandan gedir
“Magseis FF” LLC şirkətinin Azərbaycandakı filialı ləğv olunur.
Bu barədə şirkətin elanında qeyd olunub.
Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153, mənzil 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Magseis FF” LLC şirkəti ABŞ mərkəzli neft-qaz şirkətidir və əsas fəaliyyəti quyuların istismara hazırlanması, quyularda hasilatın artırılması və kəşfiyyat işlərinin aparılmasından ibarətdir.