Karantinə görə yazılmış cərimələr Azərbaycanda da ləğv olunur? - AÇIQLAMA

Cəmiyyət 25-iyn, 10:229 xeberler2022 190 0
Karantinə görə yazılmış cərimələr Azərbaycanda da ləğv olunur? - AÇIQLAMA


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən gün karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənilməmiş cərimələrin əfv ediləcəyini açıqlayıb. O, ümumilikdə cərimələrin silinməsinin 245 min vətəndaşı və 344 hüquqi şəxsi əhatə edəcəyini söyləyib.

Sözügedən qərar Azərbaycanda da müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçiləri bənzər addımın bizdə də atılması gərəkdiyini söyləyiblər.

Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı “Ölkə.az”ın sorğusuna cavabında bildirib ki, bu barədə qurumda hər hansı bir məlumat yoxdur.

Nazirlər Kabinetindən sözügedən qərarla bağlı müzakirələrə hər hansı münasibət bildirilməyib.

Millət vəkili Fazil Mustafa isə “Ölkə.az”a açıqlamasında cərimələrin ləğv olunmasının tərəfdarı olduğunu söyləyib:

“Bu məsələ Milli Məclisdə qaldırıla bilər. Amma çox güman ki, indiki vəziyyətdə yox. Çünki indi toylarla bağlı yeni qərar qəbul edildi. Hələ karantinlə bağlı müəyyən məhdudiyyətlər qalır. Biz indi bu cərimələrin hamısını bağışlasaq, toyda hər hansı bir cərimə tətbiq edilməsinin mənası qalmır. Belə olan halda hər kəs istədiyi kimi davranacaq. Ona görə də bunu bir müddət sonra etmək daha məqsədəuyğun olar. Tərəfdarıyam ki, bu cərimələr qaldırılsın, amma vaxtı da doğru seçmək lazımdır ki, bu, keçirilən tədbirlərin effektini öldürməsin. Cərimələr indi ləğv olunsa, bundan sonra toyda, yasda heç kimin vecinə olmadan yoluxmaya rəvac verə biləcək addımlar atıla bilər”.

Deputat daha əvvəl tətbiq edilmiş, amma ləğv olunan SMS-icazə, açıq havada maska taxılması və s. kimi hallarla bağlı cərimələrin ləğv olunmasını dəstəkləyib:
“Müəyyən detallara görə ola bilər, amma bütövlükdə ləğv etmək tədbirlərin effektsizliyinə gətirib çıxaracaq”.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr