Bayram Səfərov: Şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir

Bölgə 04-avq, 13:089 xeberler2022 269 0
Bayram Səfərov: Şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir


Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov - Şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqəti mərkəzindədir. Prezident İlham Əliyevin iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan sosial yönümlü siyasət yürüdən dövlət olmaqla, regionda sülhün qarantıdır və yeni müharibənin olmasını istəmir.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur.

Bu gün bu qələbənin qəhrəmanlarına - şəhid və Qarabağ əlillərinə ardıcıl olaraq dövlət başçısının diqqət və qayğısı bir daha onu göstərir ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev və mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminik ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək. 

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının videoformatda VI hesabat konfransı keçirilib



Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının videoformatda VI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, YAP Şuşa rayon təşkilatı hesabat dövründə öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə, eləcə də rayon təşkilatının yarımillik və illik fəaliyyət planlarına uyğun qurmağa çalışıb.
Rayon təşkilatının hesabat dövründə Tədbirlər Planı çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən T.Əliyev bildirib ki, təşkilatın fəaliyyətinin əsas  istiqamətlərindən biri ölkə Prezidenti, YAP Sədri cənab İlham Əliyevin gördüyü  işlərin təbliğatı olub: “Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində ulu öndər Heydər Əliyevin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq, onları yeni çalarlarla və müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. 30 ilə yaxın davam edən  Dağlıq Qarabağ münaqişəsi məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi sayəsində öz həllini tapıb. Bizə bu günləri yaşadan, tarixi Zəfərimizə imza atan cənab Prezidentə hər zaman minnətdarıq. Hazırda qarşıda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyatı dirçəltmək, bərpa etmək kimi mühüm və şərəfli bir vəzifə dayanır. Əminik ki,  Qarabağımız cənnətə çevriləcək, soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar”.
Sonra Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Namiq Hüseynovun  hesabatı dinlənilib. N.Hüseynov qeyd edib ki, rayon təşkilatı 36 ərazi partiya təşkilatında 2365 partiya üzvünü birləşdirir. 2365 partiya üzvünün 1581 nəfərini qadınlar, 784 nəfərini kişilər, 1123 nəfərini isə gənclər  təşkil edir.
Müzakirələr zamanı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov,  təşkilatın Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədr müavini, 19 saylı ərazi partiya təşkilatının sədri Rəfael Məmmədov,  YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elmir Rzayev hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan danışıb. Ə.Tağıyev Qarabağımızın tacı olan Şuşanın işğaldan azad edilməsinin hər bir Azərbaycan vətəndaşında qürur hissi yaratdığını bildirib. Qeyd edib ki, məhz bu səbəbdən YAP Şuşa rayon təşkilatının VI hesabat konfransını yüksək əhval-ruhiyyə ilə keçiririk. Tezliklə soydaşlarımız tarixi torpaqlarına qayıdacaq, Şuşamıza yeni nəfəs gələcək, yeni həyat başlayacaq. Partiyanın Şuşa rayon təşkilatı fəaliyyətini yüksək fəallıqla  davam etdirəcək. 
Ə.Tağıyev YAP Şuşa rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Şuşa  rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr