
“Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçslə Bakıda birgə bəyanatında deyib.
Azərbaycan lideri qeyd edib ki, bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən dövrə təsadüf edir:
“Xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər”.







































