Zamirə Ədilova vəzifəsindən ayrıldı

Cəmiyyət 08-apr, 22:439 xeber 0 0
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gün TƏBİB-də son iş günüm idi. Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm”, - deyə paylaşımında bildirib.
Qeyd edək ki, o bu vəzifədə 2022-ci ildən çalışırdı.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr