BDU-nun qarşısındakı izdihamla bağlı universitetdən AÇIQLAMA
Bakı Dövlət Universiteti bu ali təhsil müəssisəsinin qarşısında yaranmış sıxlığı ilk dərs günü ilə əlaqələndirib.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva açıqlamasında bildirib ki, Bakı Dövlət Universitetində tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub:
"Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir" - açıqlamada bildirilib.
Qeyd edək ki, bu gündən ali və orta ixtisas təhsili müəssisələrində yeni dərs ili başlayıb.Universitet girişlərində hər bir tələbənin COVID pasportunun yoxlanılmasının universitet qarşısında izdihama səbəb olduğu bildirilir.