Bir sıra tibb müəssisələrində nöqsanlar aşkar edilib - RƏSMİ

Sosial 29-iyn, 13:169 xeberler2022 324 0
Bir sıra tibb müəssisələrində nöqsanlar aşkar edilib - RƏSMİ


Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova sanator tibb müəssisələrində keçirilən monitorinqlər barədə məlumat verib.

A.Zeynalova ümumilikdə Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə olduğunu, bunlardan 3-nün vərəm, digərlərinin somatik tipli sanatoriyalar olduğunu söyləyib:

"Monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanlar aşkar edilib. Bununla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda aparılmış monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, əksər sanatoriyalarda ümumi vəziyyət qənaetbəxş olub. Nəzərinizə çatdırım ki, Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir, məsələn Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüz yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurladan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərina çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə Sanatoriyalarda müalicə ala bilərlər.

1. 7 nömrəli Uşaq Nevroloji Sanatoriyası

2. 3 saylı Uşaq Vərəm Sanatoriyası

3. 5 saylı Uşaq Vərəm Sanatoriyası

4. 4 nömrəli Uşaq Somatik Sanatoriyası

5. 1 nömrəli Uşaq Somatik Sanatoriyası

6. 6 nömrəli Uşaq Somatik Sanatoriyası

7. 5 nömrəli Uşaq Somatik Sanatoriyası

8. 3 nömrəli Uşaq Somatik Sanatoriyası

9. Respublika Uşaq Sanatoriyası

10. Sanator-Kurort Reabilitasiya Mərkəzi

11. Prof.Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası".
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr