Bayram günləri ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA
Həftəsonu müntəzəm marşrut xətləri fəaliyyət göstərməyəcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.
Məlum olduğu kimi, 26 iyun - Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.
Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, metropolitendə sərnişindaşımaya iyun ayının bütün günlərində icazə verilir.