Prezident İlham Əliyevə müraciətlər: vətəndaşlar işğalçılarla mübarizəyə hazırdır

Siyasət 03-okt, 12:379 nara 307 0
Prezident İlham Əliyevə müraciətlər: vətəndaşlar işğalçılarla mübarizəyə hazırdır


Azərbaycan vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə Ermənistanın sentyabrın 27-dən etibarən törətdiyi təxribatlar pislənilir.
Azərbaycanın müxtəlif bölgələrindən edilən müraciətlərdə bildirilir ki, Azərbaycanın rəşadətli ordusunun göstərdiyi şücaətlər onları sevindirir. 

Vətəndaşlar mənfur qonşularımız - erməni faşistləri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizəni dəstəkləyirir və ehtiyac yaranarsa, göstəriş əsasında bu mübarizəyə hər an qoşulmağa hazır olduqlarını bildiriblər.

Müraciət edənlər sırasında qadınlar, şəhid ailələri üzvləri, həmçinin xarici dövlətlərdə yaşayan həmvətənlərimiz də var.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr