Hikmət Hacıyev: “Ciddi qərarlar veriləcək”
"Türk Şurası növbəti sammitində yeniliyə imza ataraq daha ciddi bir quruma çevriləcək".
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyədə keçirilən Türk Şurası Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, forumun Zirvə toplantısından öncə keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir.
“Bir neçə həftə sonra dövlət başçılaırnın iştirakı ilə Türk Şurasının Zirvə görüşü keçiriləcək və təşkilatın gələcək fəaliyyəti istiqamətində ciddi qərarlar veriləcək”, - Hacıyev qeyd edib.
O əlavə edib ki, Türk Şurası 2009-cu ildə Naxçıvanda imzalanamış sazişlə yola çıxdı.
“Dünyada beynəlxalq təşkilatlar çoxdur. Ancaq Türk Şurasını digər beynəlxalq təşkilatlardan fərqləndirən cəhətlər çoxdur. Digər təşkilatlar daha çox siyasi, iqtisadi və digər maraqlar üzərində qurulur. Türk Şurasının yaranmasının qayəsində və fəlsəfəsində ilk növbədə bizim qardaşlığımız, ortaq milli-mədəni dəyələrimiz, tarixi keçmişimiz dayanır. Bax Türk Şurasının gücü bundan ibarətdir. Tarixdən gələn dostluğumuzu, qardaşlığımız irəliyə aparan bir təşkilatdır. Düzdür, burada digər maraqlar da mövcuddur. Odur ki növbəti sammitdətəsisatlanaraq daha güclü mövqeyə çıxmaq üçün qərarlar veriləcək”, - Hacıyev bildirib.