Azərbaycanla Ermənistan kommunikasiyaların açılmasını müzakirə edəcək
Oktyabrın 20-21-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılması üzrə işçi qrupunun növbəti iclasının keçirilməsi gözlənilir.
“Sputnikarmenia” xəbər verir ki, bu məqsədlə Baş nazirin müavini Mher Qriqoryanın başçılıq etdiyi Ermənistan hökumətinin nümayəndə heyəti iki günlük səfərlə oktyabrın 20-də Moskvaya gedəcək.
Rusiya paytaxtında Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
Qriqoryan Aleksey Overçuk və Şahin Mustafayevlə danışıqlar aparacaq.