Türkiyə Səfirliyi Bakı ilə bağlı paylaşım etdi
“Bakının qurtuluşunun 103-cü ildönümündə başda Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla, onun qəhrəman əsgərlərini, əziz şəhidlərimizi şükran və rəhmətlə anırıq”.
Bu fikirlər Türkiyənin Azərbaycandakı Səfirliyinin feysbukdakı səhifəsində Bakının bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü ilə bağlı paylaşımında yer alıb.
“Türkiyə-Azərbaycan qardaşlığı “bir millət, iki dövlət” anlayışı ilə əbədi yaşayacaqdır”, - paylaşımda vurğulanıb.