Ərdoğan Azərbaycanla bağlı mühüm sənədi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla 2 aprel 2021-ci il tarixində Bakıda imzalanan müqaviləni təsdiqləyib.
Oxu.az xəbər verir ki, müvafiq müqavilə “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Rəqəmsal Ticarət sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”dur.