Rəsmi Bakı Əlcəzairə başsağlığı verdi - FOTO
Azərbaycan Xarici İşlər Nazirliyi Əlcəzairə başsağlığı verib.
Bununla bağlı Azərbaycan XİN-in “Twitter” hesabında paylaşım edilib.
Məlumatda Əlcəzairdəki meşə yanğınları nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verilib, yaralıların tezliklə sağalması arzu olunub.
“Bu çətin günlərdə dualarımız dost Əlcəzair xalqı ilədir”, - deyə başsağlığında bildirilib.