MM toplanır: Eldəniz Səlimovun toxunulmazlığı bu gün ləğv edilə bilər
Milli Məclisun İntizam komisiyası deputat Eldənuz Səlimovun toxunulmazlığının aradan qaldırılması barədə rəy verəcək.
Bu barədə İntizam komisiyasından bildirilub.
Bu gün saat 12:00-da Milli Məclisin İntizam komisiyasının iclası keçiriləcək. İclasda Respublika Baş Prokuroru Kamran Əliyevin Milli Məclisə deputat Eldəniz Səlimov barəsində qaldırılan cinayət işinin aparılması ilə bağlı toxunulmazlıq hüququnun aradan qaldırılmasl barədə müraciətinə baxılacaq. Qanunvericiliyin tələbinə uyğun olaraq İntizam komisiyası məsələyə baxıb deputat Eldəniz Səlimovun toxunulmazlığının aradan qaldırılması barədə rəy verəcək.
Həmin rəy Milli Məclisin avqustun 3-də keçiriləcək plenar iclasında baxılması üçün parlament rəhbərliyinə təqdim olunacaq.