Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşdü

Siyasət 25-iyn, 13:459 xeberler2022 289 0
Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşdü


“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin digər üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.

“Görüşdə regional təhlükəsizlik məsələləri, regional əməkdaşlığın perspektivləri və Avropa İttifaqı ilə əlaqələr barədə danışdıq”, - o vurğulayıb.

Xatrırladaq ki, Avropa İttifaqının üç ölkəsinin - Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Cənubi Qafqaz turu çərçivəsində Bakıya gəliblər. Nazirlər Yerevan və Tbilisiyə də səfər edəcəklər.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr