Dünyada koronavirusa yoluxanların sayı 188 milyonu ötdü

Səhiyyə 13-iyl, 11:109 xeberler2022 211 0
Dünyada koronavirusa yoluxanların sayı 188 milyonu ötdü


Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların sayı 188 030 790 təşkil edir.
“Yol-xeber.az” pandemiyanın online statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bu günə olan məlumata əsasən, infeksiya səbəbindən ölənlərin sayı 4 055 269 nəfərə, sağalanların sayı isə 171 974 597 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa yoluxanların sayı 34 761 490 nəfəri keçib, 623 011 pasiyent infeksiya səbəbindən həyatını itirib, 29,2 milyondan çox xəstə isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 30,9 milyon nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 409 287 pasiyent vəfat edib, sağalanların sayı isə 30 052 461 nəfərə çatıb.

Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 19,1 milyon nəfər virusa yoluxub, onlardan 534 311-i vəfat edib, sağalanların sayı 17,6 milyon nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr