Düşmən ötən gün Tərtərə 400-ə yaxın mərmi atıb, 8 ev tamamilə dağılıb
Sentyabrın 27-dən oktyabrın 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.
Report xəbər verir ki, oktyabrın 5-də düşmən Tərtər şəhərinə 400-ə yaxın top mərmisi atıb, nəticədə 8 ev tamamilə dağılıb, 48 evə isə ziyan dəyib.
Döyüşlərin başladığı gündən indiyədək Tərtərdə ümumilikdə 17 sosial obyektə və 298 evə ziyan dəyib, 68 ev isə tamamilə dağılıb. Rayonun 8 mülki sakini həlak olub, 33 nəfər isə yaralanıb.
Qeyd edək ki, düşmən oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi atıb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir.