Şamaxıda qanunsuz COVID-19 pasportu satan şəxslərə cinayət işi açılıb

Kriminal 13-okt, 10:449 xeberler2022 306 0
Şamaxıda qanunsuz COVID-19 pasportu satan şəxslərə cinayət işi açılıb


“Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Şamaxı Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19  əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr