Məktəbin mühafizəçisi ilə valideyn arasında əlbəyaxa dava - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Bakıda özəl məktəblərdən birinin həyətində yaranan insidentə münasibət bildirib.
DİN-in mətbuat xidmətindən “Ölkə.Az”a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.
“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.
https://core.telegram.org/widgets