Erməni Xocavənddə özünü asdı
Xocavənd rayonun Taqavard kəndinin 35 yaşlı erməni sakini V.A "Volkswagen" markalı avtomobili idarə edərkən 3 azyaşlı uşağı vurub, daha sonra isə özünü asaraq intihar edib.
“Ölkə.Az” “news.am”a istinadən xəbər verir ki, qəza sentyabrın 21-də günorta 14 radələrində baş verib. Belə ki, Qırmızı bazar kəndinə doğru hərəkət edən avtomobildə partlayış baş verib. Hadisədən özünü itirən sürücü avtomobili 14 yaşlı yeniyetmələrin üzərinə sürüb. Bu zaman 3 nəfər yaralanır. İdarəetməni itirən sürücü daha sonra qarşısında hərəkətdə olan "Opel Astra" ilə toqquşub. "Volkswagen" sürücüsü hadisə yerindən qaçıb.
Hadisədən bir neçə saat sonra hadisə yerindən qaçan sürücünü Qırmızı Bazar qəsəbəsində ağacdan asılı vəziyyətdə tapıblar.