Azərbaycanda keçmiş polis rəisi əmisi tərəfindən BIÇAQLANDI - FOTO
Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin sabiq rəisi Əliağa Əsgərbəyli əmisi tərəfindən bıçaqlanıb.
Unikal.org verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunda baş verib.
Belə ki, əmisi Ə.Əsgərbəylini bıçaqladıqdan sonra intihar edib. Əliağa Əsgərbəyli yaralı halda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Əliağa Əsgərbəyli avqust ayının 19-da Siyəzən DYP-nin rəisi vəzifəsindən azad edilib.