Dünya Kubokuna qatılacaq şahmatçılarımız açıqlandı - RƏSMİ

İdman 22-iyn, 15:019 xeberler2022 241 0
Dünya Kubokuna qatılacaq şahmatçılarımız açıqlandı - RƏSMİ


Rusiyanın Soçi şəhərində keçiriləcək şahmat üzrə Dünya Kubokunun bütün iştirakçıları açıqlanıb.

 Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumatına görə, iyulun 10-da start götürəcək yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq.

Avqustun 8-dək davam edəcək Dünya Kubokunda Azərbaycan da təmsil olunacaq. Kişilərin mübarizəsində reytinq favoritlərdən biri kimi Şəhriyar Məmmədyarov, yerli federasiyadan Vasif Durarbəyli və FIDE-nin vayld-kartı ilə Nicat Abbasov çıxış edəcək. Qadınların yarışında isə Avropadan Günay Məmmədzadə (2018), Ülviyyə Fətəliyeva (2019), yerli federasiyadan Gülnar Məmmədova iştirak edəcək.

Kişilər 1/128 finaldan, qadınlar 1/64 finaldan başlayaraq, olimpiya sistemi üzrə mübarizə aparacaqlar. Kişilərdən qalib və finalçı, qadınlardan 3 ən yaxşı iştirakçı Dünya Kubokuna vəsiqə qazanacaq.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr