Xocalıda yerləşən ən bahalı radilokasiya stansiyası belə məhv edildi - Video

Hadisə / Video 10-okt, 12:119 nara 251 0
Xocalıda yerləşən ən bahalı radilokasiya stansiyası belə məhv edildi - Video


Düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radilokasiya stansiyası məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Qeyd edək ki, Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur. Radar, həmçinin, hava həfədlərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir.

Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür.

<embed src="https://qafqazinfo.az/news/player?id=301303&l=/uploads/files/WhatsApp Video 2020-10-10 at 11_34_31.mp4" width="100%" height="360" frameborder="0" scrolling="no" allowfullscreen></embed>
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr