Sabah küçəyə çıxmaq tövsiyə olunmur

Hadisə 13-avq, 16:009 xeberler2022 226 0
Sabah küçəyə çıxmaq tövsiyə olunmur


Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ümumşəhər dezinfeksiya həftəsi elan edilib və bu tədbirlər çərçivəsində sabah, avqust ayının 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur. 
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr