Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin 41 yaşı tamam olur

Gündəm / Cəmiyyət 15-okt, 11:079 nara 344 0
Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin 41 yaşı tamam olur


Bu gün Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin doğum günüdür.
Hikmət Hacıyev  1979-cu il oktyabrın 15-də Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib.

Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillərini bitirib. Hikmət Haciyev həmçinin NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.

Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. 2008-‎ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik ‎problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildə isə ‎Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

2013-cü ilin sentyabrında  Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsinə təyin olunub. Hikmət Hacıyev 2014-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri olub.

9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

O, ilk olaraq,  2018-ci il 18 sentyabrda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə, daha sonra isə həmin ilin noyabr ayında şöbənin rəhbəri vəzifəsinə təyin olunub.

Rus, türk, ərəb, ingilis və fransız dillərini bilir.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr