Kosmik Agentliyə sədr təyin edildi - SƏRƏNCAM

Gündəm / Siyasət 16-iyn, 09:449 xeberler2022 228 0
Kosmik Agentliyə sədr təyin edildi - SƏRƏNCAM


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinə sədr təyin edilib.
"Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Saməddin Əsədova həvalə olunub. O, bundan əvvəl “Azərkosmos” ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Kosmik Agentlik dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanı ilə "Azərkosmos"un bazasında yaradılıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr