Rüstəm Xəlilov: Vətən Müharibəsində tarixi Zəfərimiz regionda yeni siyasi-iqtisadi perspektivlər açır

Gündəm / Cəmiyyət 21-dek, 15:119 admin 103 0

İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi


Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.
İlk öncə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıq göstərdiyi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilmiş Şıxəliyev Mehti Yalçın oğlunun, sonra isə Hüseynov Nicat Adil oğlunun və Yaqubov Hümbət Mərhəmət oğlunun ailəsi ziyarət edildi.
Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.

 




Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov  - Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib Görüşdə döqqəti cəlb edən məzmunlu çıxışı  ilə Prezident İlham Əliyev düşünülmüş uzaqgörən siyasəti nəticəsində dünyanın ən təcrübəli lideri  kimi həmişə haqli olduğunu bir daha təsdiq etdi. 

     Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolla həlli üçün bütün imkanlardan istifadə etməyə çalışsa da, məhz Minsk qrupunun səmərəsiz fəaliyyəti və  Ermənistanın qeyri-konstruktiv mövqeyi uğur əldə olunmasına imkan vermədi. Uzun müddət ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlarla yanaşmalarını aydın şəkildə gördük. Lakin biz bu müddətdə həmsədrlərin təcavüzkara qarşı tamamilə loyal münasibətini müşahidə etdik. Onlar tərəfindən Azərbaycan torpaqlarının işğalı faktına qarşı heç bir ciddi, ardıcıl etiraz bildirilmədi. Təəssüf ki, bu da Ermənistanı işğalı davam etdirməyə həvəsləndirən əsas amillərdən biri oldu. Nəticədə, faşist ideologiyasını dövət strategiya və taktilası kimi qəbul edən Ermənistan yırtıcı və dağıdıcı siyasətilə Azərbaycan dövlətinə və xalqına qarşı heç bir əsası olmayan nifrəti və qisasçılıq münasibəti regionda siyasi və iqtisadi vəziyyəti otuz ildən artıq dondurdu və regionda təsəvvürolunmaz mənfi durum yaratdı. İndi bunu aradan qaldırmaq xeyli zaman və maddi vəsait tələb edəcəkdir.
      Prezident İlham Əliyev Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını açıq şəkildə söyləyərək bildirdi ki,  münaqişəni Minsk qrupu deyil, Azərbaycan hərbi-siyasi vasitələrlə həll edib. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan hərb meydanında Ermənistanın başını dəmir yumruqla əzməsəydi, təslim aktına könüllü imza atmayacaqdı. Ordumuzun döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirməsi ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın edib. Vətən müharibəsində Müzəffər  Azərbaycan Ordusunun layiqli  tarixi Zəfəri nəinki iişğal edilmiş bütün yeddi rayonunu, həm də bütün Qarabağı azad etdi. Bu Qələbə Dövlətin, Ordunun və Xalqın möhtəşən birliyinin nəyə qadir olduğnu canlı şəkildə göstərdi və bütün dünyaya xalqımızın qəhrəmanlığını və məğrurluğunu parlaq şəkildə təsdiq etdi.  
    Prezident İlham Əliyev birinci Qarabağ müharibəsində Ermənistanın keçmiş rəhbərləri olan Sarkisyan və Köçəryanı hərbi cinayətkarlar adlandırdı. Bildirdi ki, bu hərbi cinayətkarlar da öz layiqli cəzalarını alacaqlar.
Eyni zamanda, son zamanlar terror aktları törətməyə cəhd edən qrupları da ciddi xəbərdar etdi və  vurğuladı ki, əgər belə hallar davam edərsə, bu dəfə onlar tamamilə darmadağın ediləcəklər.
 Dövlətimizin başçısı İlham Əliyev görüşdə Ermənistanın törətdiyi hərbi cinayətlərin hazırda sənədləşdirildiyini, Azərbaycanın artıq törədilən cinayət əməlləri ilə bağlı hüquqi proseduralara başladığını qeyd etdi və bildirdi ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir ki, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəkdir.
    Bu görüş bir daha göstərdi ki, ötən 28 ildə müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti münaqişənin dinc yolla həllində heç bir rol oynamayıb. Dünya birliyı və nüfuzlu beynəlxalq təşkilatlar Minsk Qrupunun bu yanlış və uğursuz siyasi fəaliyyətindən  lazımi  nəticə çıxarmalı  və  Ermənistanın yenidən sabitliyi pozmağa cəhd etməməsi üçün ciddi nəzarət sistemiini işləyib hazırlamalı və təxirəsalmadan həyata keçirməlidirlər
   Cənab Prezidentin  qeyd etdiyi kimi, Vətən müharibəsinin nəticələri Azərbaycanın və regionun qarşısında yeni perspektivlər açıb.  Eynı zamanda, Minsk qrupu çərçivəsində Türkiyənin proseslərə fəal qoşulmas yeni iqtisadi əməkdaşlığın  yaranmasına,kommunikasiyaların açılmasına, çoxtərəfli iqtisadi əlaqələrin qurulmasına, yeni əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsinə və regionun həyatında yeni bir mərhələnin başlanmasına səbəb olacaqdır.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr