Qonşuda karantin qadağaları geri qayıdır

Dünya 25-okt, 11:429 xeberler2022 279 0
Qonşuda karantin qadağaları geri qayıdır


Şəhərdə keçiriləcək bütün idman, mədəni və əyləncə tədbirləri təxirə salınıb.
Rusiyanın Sankt-Peterburq şəhərində koronavirusa yoluxanların sayının artmasına görə, karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə qərar verilib.

 “Sputnik” xəbər verir ki, şəhər meri Aleksandr Beqlov 30 oktyabr - 7 noyabr  tarixlərində yeni qadağaların qüvvəyə minəcəyini açıqlayıb.

Bu dövr ərzində şəhərdə restoran, kafe, bar, marekt və əyləncə mərkəzlərinin qapalı olacağı bildirilib. Həmçinin qeyd edilib ki, bu bir həftə ərzində apteklər, qida məhsulları satılan mağazalar, qatar stansiyalarında və avtobus terminallarındakı kafelər fəaliyyət göstərəcək. Diş və baytar klinikaları yalnız zəruri hallarda işləyəcək.

30 oktyabr-7 noyabr tarixlərində dövlət mətəblərinin azı 70 %-i distant təhsilə keçəcək.

Məhdudiyyətlərin tətbiq ediləcəyi dövrdə kinoteatrlar, kitabxanalar, idman zalları, hovuzlar, su parkları, uşaq əyləncə mərkəzləri, konkisürmə meydançaları və digər əyləncə mərkəzləri bağlı olacaq, insanların zooparklara girişinə icazə veriləcək. 

Şəhərdə keçiriləcək bütün idman, mədəni və əyləncə tədbirləri təxirə salınıb.

Muzey və teatrlara giriş COVID-19 pasportu ilə mümkün olacaq. Otellərdə də COVID-19 pasportu yoxlanılacaq və ya son 72 saat ərzində götürülən PCR tetsinin cavablarına baxılacaq.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr