Rusiyadan Taliban sürprizi - Putin şəxsən açıqladı

Dünya 23-okt, 12:059 xeberler2022 205 0
Rusiyadan Taliban sürprizi - Putin şəxsən açıqladı


Rusiya Talibanı mövcud terror təşkilatları siyahısından çıxarmağı planlaşdırır.

Xarici KİV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən “Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısında deyib. O bildirib ki, Rusiya belə bir qərarı təkbaşına vermək istəmir:

“Xatırlayıdınız kimi, Taliban dünya terror təşkilatları siyahısına BMT tərəfindən və  BMT Təhlükəsizlik Şurasının (TŞ) qərarı ilə daxil edilib. Qara siyahıdan çıxarılması da yenə bu yolla gedilərək təmin edilməlidir. Əfqanıstanda bəlli şərtlər yetişdiyində yenə BMT TŞ-nin toplaşaraq, Talibanı qara siyahıdan çıxarması seçimimiz olacaq. Əfqanıstandakı həqiqətələri gözardı edə bilmərik”,- deyə Putin söyləyib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr