Tehran və Ər-Riyad illər sonra razılığa gəldi

Dünya 12-okt, 09:009 xeberler2022 325 0
Tehran və Ər-Riyad illər sonra razılığa gəldi


İran və Səudiyyə Ərəbistanı hər iki ölkədə konsulluqların yenidən açılması barədə razılıq əldə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə diplomatik mənbələrə isitnadən “Frans Press” məlumat yayıb. Bildirilir ki, yaxın həftələrdə əlaqələrin normallaşması ilə bağlı razılıq əldə ediləcək.

Daha əvvəl İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirmişdi ki, Tehran və Ər-Riyad arasında danışıqlar 5 mərhələdə keçirilib. Onlardan 4-ü Bağdadda, 1-i isə BMT Baş Assambleyasının Nyu-Yorkdakı sammitində baş tutub. Dialoqlar fars körfəzi və Yəməndəki vəziyyət daxil olmaqla, regional və ikitərəfli məsələləri əhatə edib.

Qeyd edək ki, Ər-Riyad və Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə ərəbistanının Yəməndə “Ənsar Allah” (husilər) hərəkatına qarşı hərbi əməliyyatlara başlamasından sonra gərginləşib. İran krallığın bu addımını bölgədəki vəziyyətin stabilliyinin pozulması kimi qiymətləndirib. Öz növbəsində, Səudiyyə tərəfi Tehranı silahlarını, xüsusən də pilotsuz uçan aparatlarını satdığı husiləri dəstəkləməkdə və Səudiyyə Ərəbistanına qarşı istifadə etməkdə günahlandırıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr