İranın Ermənistana yardımlarına etiraz edən ərdəbilli gənclərə CƏZA: Həbs, şallaq... - FOTO

Dünya 11-okt, 11:149 xeberler2022 315 0
İranın Ermənistana yardımlarına etiraz edən ərdəbilli gənclərə CƏZA: Həbs, şallaq... - FOTO


Ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibədə Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 ərdəbilli fəal barəsində məhkəmə qərar çıxarıb.
Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb. 

Məlumatlara görə, barələrində məhkəmə qərarı çıxarılan şəxslər Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin , Müctəba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Səccad Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Pərviz Siyabi və Bəhmən Xeyrcudur.

Fəallar “hüquq-mühafizə orqanlarının məmurlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.

Qeyd edək ki, həmin fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. 

Sonrakı günlərdə də oxşar məqsədlə Cənubi Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da saxlanılmış və girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr