Fransa bu ölkədən qarət etdiyi əsərləri geri qaytarır

Dünya 11-okt, 10:239 xeberler2022 311 0
Fransa bu ölkədən qarət etdiyi əsərləri geri qaytarır


Fransa XIX əsrdə Benindən qaçaq yolla gətirdiyi 26 tarixi əsəri oktyabrın sonuna qədər geri qaytaracaq.
"Bunu Fransa Prezidenti Emmanuel Makron Afrika-Fransa zirvəsində açıqlayıb.

Makron bildirib ki, XIX əsrdə fransız əsgərləri tərəfindən Abomey sarayından oğurlanan 26 tarixi əsər ayın sonuna qədər Beninə geri göndəriləcək.

Qeyd edək ki, Fransada Afrikaya aid təxminən 90 min tarixi əsər var. Onlardan 46 mini 1885-1960-cı illərdə qaçaqmalçılıq yolu ilə Fransaya gətirilib. 2016-cı ildə Benin Prezidenti Patris Talon tarixi əsərlərin geri qaytarılması üçün Makrona müraciət etmişdi. Makron 2018-ci ildə geri qaytarılacağını vəd etsə də, buna əməl etməmişdi.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr