Çavuşoğlu ABŞ Dövlət katibi ilə Qarabağ məsələsini 1 saatadək müzakirə edib
ABŞ-ın dövlət katibi Antoni Blinken BMT Baş Assambleyası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Əfqanıstan və Qarabağdakı vəziyyəti müzakirə etdi.
TASS xəbər verir ki, bunu ABŞ-ın BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı ilə bağlı jurnalistlərə xüsusi brifinqdə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.
Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, Blinken çərşənbə axşamı günü Çavuşoğlu və Braziliya Xarici İşlər naziri Karlos Fransa ilə ikitərəfli görüşlər keçirib.
“Xarici işlər naziri Çavuşoğlu ilə günorta saatlarında (Dövlət Departamenti rəhbərinin) baş tutan görüş təxminən bir saat davam edib”- Dövlət Departamentinin sözçüsü deyib.
O bildirib ki, görüşdə Əfqanıstanla yanaşı, Suriya məsələsini müzakirə ediblər: “Bundan başqa, Qafqaz - Ermənistan, Azərbaycan və Qarabağ məsələsi barədə nisbətən uzun müzakirələr aparıblar”.