ABŞ Kabil hava limanını bombardman etdi, mülkilər də öldü - AÇIQLAMA

Dünya 30-avq, 12:369 xeberler2022 303 0
ABŞ Kabil hava limanını bombardman etdi, mülkilər də öldü - AÇIQLAMA


ABŞ bu gün səhər saatlaırnda Kabil beynəlxalq hava limanını 5 raketlə bambalayıb.

CNN xəbər verir ki, ABŞ hərbçiləri Kabilin Salim Karvan rayonunu bombaladıqdan sonra atışma baş verib. Hadisə nəticəsində ABŞ hərbçiləri arasında itki olmadığı bildirilir. 

ABŞ prezidenti Co Bayden bombardmanla bağlı məlumatlandırılıb. 

“Prezidentin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ağ Evin aparat rəhbəri Baydeni Kabil hava limanına raket zərbəsi endirilməsi ilə bağlı məlumatlandırılıb. Bildirilib ki, hava limanında fasiləsiz əməliyyat həyata keçirilir. Kabildə amerikalı hərbçilərin təhlükəsizliyini təmin etmək üçün hərbi komandanlıq səylərini ikiqat artırıb”, - Ağ Evin bəyanatında deyilir.

ABŞ hakimiyyəti etiraf edib ki, mülki vətəndaşlar da ABŞ qüvvələrinin Kabildə avtomobilə raket zərbəsinin qurbanı olublar.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr