Ərdoğan: "Merkelin qərarı gecikib, Talibandan bizə təklif var ki..."

Dünya 27-avq, 14:299 xeberler2022 216 0
Ərdoğan: "Merkelin qərarı gecikib, Talibandan bizə təklif var ki..."


“Talibanla səfirlikdə 3,5 saatlıq görüşümüz olub və bizə Kabildəki hava limanının işlədilməsini təklif etdilər. Biz qərar vermədik. Sentyabrın 1-dən sonra qərar verəcəyik”.

“Haber7” xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, lazım gələrsə, Talibanla bundan sonra da görüşmək fürsətimiz olacaq.

“Əfqanıstanda sabitliyin bərqərar olması üçün diplomatik fəaliyyətimiz davam edəcək. Bu istiqamətdə işlərimiz gedir”, - Ərdoğan qeyd edib.  

Almaniya kansleri Merkelin Əfqanıstanda Türkiyə ilə birgə çalışma haqqında səsləndirdiyi fikirlərə gəldikdə isə Ərdoğan bildirib ki, bu, çox gecikmiş  qərardır: “Türkiyə ilə işləmək haqqında verilən bəyanat çox gecikmiş bir qərardır. Bizdən başqa hamı Əfqanıstanı tərk etdi.

Talibanın Türkiyənin Kabil hava limanını idarəetmək barədə təklifinə gəldikdə isə belə bir təklif olsa da, qərar verməmişik. Əfqanıstanda idarəetmədə ciddi bir boşluq hökm sürməkdədir. İdarəetmə aydın olmalıdır”.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr