Ukrayna təyyarəsi oğurlandı: "İrana uçub..."

Dünya 24-avq, 10:429 xeberler2022 208 0
Ukrayna təyyarəsi oğurlandı: "İrana uçub..."


Ukrayna Əfqanıstandakı vətəndaşlarını təxliyə etmək üçün göndərdiyi təyyarə naməlum şəxslər tərəfindən başqa insanları təxliyə etmək üçün qaçırılıb.

“Bu barədə Ukraynanın Xarici işlər nazirinin müavini Yevgeniy Yenin “Qromadske radio”ya açıqlamasında deyib.

Ukraynalı nazir müavininin sözlərinə görə, ötən həftə Ukrayna vətəndaşlarını Əfqanıstandan təxliyə etmək üçün göndərilən təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb və onunla başqa sərnişinlər İrana aparılıb.

Nazir müavini onu da bildirib ki, avqustun 23-də axşam göndərdiyimiz 3-cü təyyarə Əfqanıstandankı Ukrayna vətəndaşlarını  təxliyyə edərək ölkəyə gətirib. Təyyarənin göyərtəsində 98 nəfər olub ki, onun da 41-i Ukrayna vətəndaşıdır.

“Bizim təyyarəni digrə insanlar oğurlayıb. Ötən həftənin ikinci günü faktiki olaraq təyyarəmiz oğurlanıb və  naməlum şəxslərlə İrana uçub”, - Yenin qeyd edib.

Nazir müavini onu da əlavə edib ki, Əfqanıstandakı vətəndaşlarımızı təxliyə etmək üçün 3 dəfə cəhd etsək də, cəhdlərimiz uğursuz alınıb: “Ukrayna vətəndaşları Kabildəki hava limanı ərazisinə girə bilməyib”.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr