Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatdı
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a çatıb.
Ölkə.az türk mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yayıb.
Həyatını itirənlərin 34-ü Kastamonu, 6-ı Sinopdan olub.
Məlumata əsasən 9 nəfərin müalicəsi davam edir, itkin düşən 1 nəfərin isə axtarışları aparılır.