ABŞ-dan 11 sentyabr terroru ilə bağlı yeni qərar

Dünya 10-avq, 11:039 xeberler2022 287 0
ABŞ-dan 11 sentyabr terroru ilə bağlı yeni qərar


11 sentyabr terrorunun qurbanlarının ailələri ötən həftə ABŞ Prezidenti Co Baydenə müraciət edərək hücumla bağlı bəzi sənədlərin onlara təqdim edilməsini xahiş edib. Müraciət edən şəxslər əks halda Baydendən terror qurbanların 20-ci anma mərasiminə qatılmamasını istəyib.

Xarici KİV xəbər verir ki, ABŞ hökuməti Sudiyyə Ərəbistan hökumətinin hücumlardakı roluna dair sənədləri gizlətməkdə ittiham edilir.

Bayden açıqlamasında hökumətin qanuna uyğun şəkildə maksimum səviyyədə şəffaflığı təmin etməyə qərar verdiyini açıqlayıb. O, ABŞ ədliyyə nazirliyinin daha əvvəl gizli saxlanılan sənədləri qurbanların ailələri ilə paylaşmaqla bağlı təklifləri müsbət qarşıladığını bildirib.

Qeyd edək ki, 11 sentyabrda həlak olanların ailələrindən yüzlərlə şəxs hücumlada rolu olduğu ittihamı ilə Səudiyyə Ərəbistanı məhkəməyə vermişdi. Səudiyyə Ərəbistanı isə sözügedən iddiaları təkzib edir.

Xatırladaq ki, Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib. Təxminən 3 min nəfər hücum nəticəsində həlak olub.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr