İnternet sürətində YENİ REKORD

Dünya 19-iyl, 12:089 xeberler2022 224 0
İnternet sürətində YENİ REKORD


Yaponiyada saniyədə 319 terabit məlumat ötürülüb. Bununla da dünyada internet sürətində yeni rekord qırılıb.
Yaponiya İnformasiya və Rabitə Texnologiyaları Milli İnstitutu (NİCT) bununla bağlı açıqlama yayıb.

Qeyd edilib ki, yeni rekorda erbiyum və tulyum elementləriylə gücləndirilmiş lif yüksəldicilərin mənimsənməsiylə çatılıb.

3 min kilometr uzunluğunda döşənilən lif kabellərlə gələn internet sürətinin bu gün istifadə edilən kabel infrastrukturuyla da mümkünlüyü bildirilib.

Yeni rekord 2020-ci ilki 178 terabiti 2 qat, 2019-cu ilki 44,2 terabiti isə təxminən 7 qat ötüb. 
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr