Bayden Ərdoğan görüşünün detalları açıqlandı
Bayden Ərdoğan görüşündə əsas müzakirə predmeti iki ölkə arasındakı fikir ayrılıqları olacaq.
“Bunu ABŞ Dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib.
“Əminliklə deyə bilərəm ki, Baydenlə Ərdoğan arasında təxminən bir həftə sonra baş tutacaq görüşün əsas müzakirə predmeti bu olacaq. Bizim fikir ayrılıqlarımız heç kimə sirr deyil”- Bayden qeyd edib.
Blinkenin fikrincə, Türkiyə bir çox cəhətdən NATO müttəfiqinin davranacağı şəkildə davranmır: “Son olaraq, Rusiyadan S-400 raketinin alınması bu qəbildəndir”.
Diplomat əlavə edib ki, görüşdə eyni zamanda Aralıq dənizində vəziyyət, Türk gəmilərinin geoloji kəşfiyyat-qazıntı işləri aparması, insan haqları, demokratiya kimi məsələlər müzakirə olunacaq. “Həm də onu deyim ki, Türkiyənin Qərblə eyni mövqe tutmasında, “lövbər” salmasında maraqlıyıq. Bizim Suriya və Əfqanıstanda terrorizmlə mübarizədə, Rusiya və İranın müəyyən zərərli təsirlərini dəf etmək baxımından əhəmiyyətli və üst-üstə düşən maraqlarımız var. Ona görə də biz mütləq bu fikir ayrılıqlarını müzakirə edib aradan qaldırmalıyıq”.