Bir doza pevənd vurduranlara qadağa - Hotellər, restoranlar və "mall"lar (RƏSMİ)
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən etibarən yaşı 18-dən yuxarı olan və peyvənd vurdurmayan şəxslər mehmanxanalara, iri ticarət mərkəzlərinə və ictimai iaşə obyektlərinə buraxılmayacaq.
Sözügedən qərar vətəndaşlar arasında bir qədər çaşqınlıq yaradıb. Vətəndaşlar həmin məkanlar bir, yoxsa iki doza peyvənd vurduran şəxslərin buraxılıb-buraxılmaması sual doğurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
O bildirib ki, mehmanxana, iri ticarət mərkəzləri və ictimai iaşə müəssisələrinə hər iki doza peyvənd vurdurmuş şəxslər daxil ola biləcək: "Bir doza peyvəndin vurulması, vaksinayadan keçmək hesab olunmur".
Qeyd edək ki, COVID pasportu koronavirus əleyhinə hər iki doza peyvənd vurdurmuş şəxslərə verilir.