Rusiyaya səyahət edən Azərbaycan vətəndaşların NƏZƏRİNƏ: İki tələb mövcuddur
"Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almalıdırlar ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq".
Bu barədə “Azərbaycan Hava Yolları”ın sərnişinlərə müraciətində deyilir.
“Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almağınızı xahiş edirik ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" (COVD-19-suz səyahət et) mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq”, - deyə müraciətdə qeyd olunur.
Bundan əlavə, bildirilir ki, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır: “Test məlumatları qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq.
Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrimizdə yayımlanacaq”.