Polis rəisi toylarla bağlı işdən çıxarıldı

Cəmiyyət 11-avq, 12:319 xeberler2022 300 0
Polis rəisi toylarla bağlı işdən çıxarıldı


Cəlilabad rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mübariz Quliyev rayonda karantin qaydalarının pozulmasına görə vəzifədən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün öncə rayonda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması aşkarlanıb.

DİN rəhbərliyinin tapşırığı ilə aparılan araşdırma zamanı həmin şadlıq sarayının sahibi ilə polis rəisinin yaxın münasibətlərinin olduğu müəyyən edilib. Məhz  buna görə də M.Quliyevin karantin rejiminin pozulmasına göz yumduğu bildirilir.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr