Sumqayıtdan Bakıya gələn sürət qatarlarının yolu bağlanıb - SƏBƏB

Cəmiyyət 30-iyn, 11:489 xeberler2022 219 0
Sumqayıtdan Bakıya gələn sürət qatarlarının yolu bağlanıb - SƏBƏB


Bu gün Bakı sərnişin stansiyasına daxil olmaq istəyən qatarlar yolda qalıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, buna səbəb güclü küləyin törətdiyi fəsad olub.

"Güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb. Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir", - deyə qurum qeyd edib.

Qurum nümayəndəsi fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparıldığını deyib.

Qeyd edək ki, qatarların hadisə səbəbindən 30-35 dəqiqə gecikdiyi deyilir.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr