Həkim: “Epidemioloji stabillikdən istifadə edilməli və toylara icazə verilməlidir” - VİDEO

Cəmiyyət / Video 16-iyn, 15:339 xeberler2022 271 0
Həkim: “Epidemioloji stabillikdən istifadə edilməli və toylara icazə verilməlidir” - VİDEO


“Epidemioloji vəziyyətdəki stabillikdən istifadə edərək, bəzi yumşaldılmalara getmək olar”.
"Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib.

“Hesab edirəm ki, yumşaldılmalara gedilməlidir. Hətta toylara da müəyyən formatda icazə verilməlidir. Artıq çimərliklərin fəaliyyətinə icazə verilibsə, açıq havada müəyyən məhdudiyyətlə toylar niyə keçirilməsin?! Əgər toylara icazə verilsəydi, bu mərasimlərlə bağlı yeni formatda stereotip də yaranardı”, - deyə o bildirib.

Həkim onu da qeyd edib ki, hazırkı vəziyyət cəmiyyəti arxayın salmamalıdır:

“Dünyada koronavirus pandemiyası davam edir. ÜST bununla bağlı son sözünü deməyib. Bilirsiniz ki, indi Hindistanda olan “Delta” ştammı İngiltərədə və digər ölkələrdə də artıq müşahidə edilir. Bu ştammın Azərbaycana gəlməsi və ümumiyyətlə pandemiyanın dördüncü mərhələsinin yaranması ilə bağlı xeyli narahatlıqlar var. Belə olarsa, dünya yeni çətinliklə üzləşə bilər”.

<embed width="640" height="360" src="https://player.olke.az?v=1060&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr