Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi - RƏSMİ

Cəmiyyət 29-okt, 10:319 nara 244 0
Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi - RƏSMİ


Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr