Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb

Bölgə 29-okt, 11:479 nara 232 0
Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb


Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində dağıdılıb.
Bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

"Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr