Fərdi istilik sisteminin quraşdırılmasına bu hallarda icazə veriləcək

Sosial 24-apr, 20:309 xeber 3 0

“Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ı təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına bu hallarda icazə verilir: 
1. Çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda;
2. Çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda;
3. Çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr